21.06.2025

Şagirdimiz beynəlxalq çempion kəməri turnirində gümüş medal qazandı.

Abşeron Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə IV beynəlxalq çempion kəməri turniri keçirilib. Turnirdə Cəlilabad rayon uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Bədirli Hasil Elnur oğlu (27 kq) gümüş medalın sahibi olub.

Xatırladaq ki, may ayında “Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş idman növü üzrə keçirdiyi respublika birinciliyində Hasil qızıl medalı boynundan asmışdı.
 

Şagirdimizi və onun məşqçi-müəllimini təbrik edirik, yeni yarışlarda yeni uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #CəlilabadUGİŞM #sərbəstgüləş