20.06.2025

Masallı UGİŞM-in voleybol komandası respublika üçüncüsü oldu.

“Təhsil” Respublika İdman Mərkəzinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə voleybol idman növü üzrə respublika birinciliyi keçirilib.
 

Altı gün ərzində 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışlarda uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları mübarizə aparıb:

►7 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi

►2 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi

►Masallı rayon uşaq-gənclər idman-şahmat məktəbi

Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq dərəcəli diplom, medal və kubokla təltif olunublar.
 

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, şəhər və respublika yarışlarında iştirak etmək üçün mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsidir.
 

İdmançılarımızı və onları yarışa hazırlayan məşqçi-müəllimlərimizi təbrik edirik, növbəti yarışlarda uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MasallıUGİŞM #voleybol