23.06.2025

Məktəblilərarası fənn müsabiqələrinin qalibləri arasında 4 şagirdimiz var.

31 may 2025-ci il tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin yekun nəticələri elan edilib:

► Akif Tural oğlu Cavadov (Masallı şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi) ー informatika fənni üzrə 2-ci yer

► Aidə Vahid qızı Ağayeva (Astara rayonu Vaqo kənd tam orta ümumtəhsil məktəbi) ー biologiya fənni üzrə 3-cü yer

► Zəhra Cəbrail qızı Süleymanlı (Cəlilabad rayonu Xanəgah kənd tam orta ümumtəhsil məktəbi) ー təbiət fənni üzrə 3-cü yer

► Eşqin Samir oğlu Səmədli (Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey) ー kimya fənni üzrə 3-cü yer
 

Qeyd edək ki, sözügedən müsabiqə VI və VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.
 

Şagirdlərimizi təbrik edir və daha böyük uğurlara imza atmaqlarını arzulayırıq!
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MFM