20.06.2025

Şagirdlərimiz “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri sırasında.

Olimpiadanın final mərhələsində iştirak edən 33 nəfərdən 18-i qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb.
 

Cəlilabad şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Quliyev Fərid Rəsul oğlu və Cəlilabad rayonu Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Vəliyev Kənan Rizvan oğlu gümüş medala layiq görülüblər.
 

Xatırladaq ki, ötən il Kənan Vəliyev sözügedən olimpiadada, Fərid Quliyev isə Respublika fənn olimpiadasında (tarix fənni üzrə) qızıl medal qazanıblar.
 

Qaliblərimizi təbrik edir, bütün iştirakçılara gələcək təhsil həyatlarında uğurlar arzu edirik.
 

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ictimai-siyasi əhəmiyyəti haqqında bilikləri artırmaq, milli yaddaşı möhkəmləndirmək və vətənpərvərlik ruhunu təbliğ etməkdir.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #QərbiAzərbaycanaQayıdış #olimpiada #gümüşmedal