Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran şəhəri üzrə təhsil sektorunun və Mərkəzləşdirilmiş mühasibatlığın əməkdaşlarının iştirakı ilə Daxili nizam-intizam Qaydalarının tətbiqi və icrası mövzusunda iclas təşkil olunub.
İnzibati təşkilat sektorunun məsləhətçisi Elnur Mənəfov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 23 noyabr 2024-cü il tarixli əmri ilə təsdiqlənmiş Daxili nizam-intizam Qaydaları barədə ətraflı təqdimatla çıxış edib, qaydaların mahiyyəti, tələbləri və tətbiq dairəsi barədə iştirakçılara məlumat verib.
İdarə müdiri Bəhruz Mehdiyev isə çıxışında əmək intizamının gücləndirilməsinin vacibliyini vurğulayaraq bütün əməkdaşların Qaydalara əməl etməsinin prioritet olduğunu bildirib.
İclasın yekununda Qaydalardan irəli gələn tələblərin bütün əməkdaşlara çatdırılması və icrasına nəzarətin gücləndirilməsi barədə qərar qəbul olunub.