Lənkəran-Astara Regional Təhsil İdarəsində RFO-nun növbəti mərhələləri ilə bağlı müzakirə aparılıb.
Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov çıxış edib, bilik yarışlarında şagirdləri yüksək nəticə göstərmiş təcrübəli müəllimlər öz fikirlərini bölüşüblər. Həmçinin müzakirə zamanı növbəti mərhələyə vəsiqə qazanmış və ötən olimpiadanın qalibləri olan şagirdlərin də fikirləri dinlənilib, ilk mərhələnin nəticələri ümumilikdə təhlil edilib.