02.02.2025

Gənclər Gününüz mübarək!

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbər heyəti və Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Astara və Masallı rayonlarında fəaliyyətləri ilə fərqlənən gənc müəllimlər iştirak edib.

 

Çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti müxtəlif sahələrdə gənclərin potensialının üzə çıxarılmasında böyük rol oynayıb. Müasir dövrdə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların tətbiqi gənclərimiz üçün əsas hədəflərdən biridir. Təhsil isə bu yolda ən vacib amildir. Ölkəmizdə həyata keçirilən islahatlar, müasir məktəblərin və ali təhsil ocaqlarının yaradılması, xaricdə təhsil proqramları, müxtəlif təqaüd layihələri və gənclərə verilən dəstək savadlı və vətənpərvər gəncliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncləri öz potensialını tam şəkildə reallaşdırmaq, təhsil almaq, yeniliklərə imza atmaq və ölkəmizin inkişafına töhfə vermək imkanı qazanır.

 

Tədbirdə həmçinin regionda səmərəli fəaliyyəti ilə fərqlənən gənc təhsil işçiləri təltif olunublar. Sonda birlikdə xatirə şəkli çəkdirilib.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #GənclərGünü #2Fevral


Açar sözlər: