Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran rayonu üzrə təhsil sektorunun əhatə dairəsində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüş zamanı cari tədris ili üçün qarşıya qoyulmuş hədəflərə nail olunması, şagirdlərin olimpiada və müsabiqələrə, həmçinin monitorinq və buraxılış imtahanlarına hazırlığı və iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib. Qeyd olunan məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlar verilib.