Soyqırımının 33-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Lənkəran şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə qərənfillər düzüblər.
Qeyd edək ki, erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bəşər tarixinin ən dəhşətli cinayəti 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 487 nəfər yaralanıb, 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət #LənkəranAstaraRTİ #EduAz #MÜTDA