Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib.
İmtahanda 50 test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib və namizədlər imtahan bitən kimi nəticələri ilə tanış ola biliblər.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #İşəQəbul #işvar #vakansiya #yardımçıpedaqojiheyət