Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Yalnız Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə fəaliyyət göstərmək istəyən müəllimlər üçün qeydiyyat başlayıb.
ƏtraflıTəkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və bu il keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər keçiriləcək.
Uğurlu gələcəyə yeni məktəbinlə!

Əziz şagirdlər, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və ya daha çox bal toplamısınızsa, 2025-2026-cı tədris ilində istəklərinizi reallaşdıra biləcək yenilənmiş məktəbdə keyfiyyətli təhsil almaq üçün aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz:
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sevinc bizik, gələcək bizik” adlı uşaq festivalı keçiriləcək.

Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi, Təhsil İdarəsi, Mədəniyyət İdarəsi və “Dosa Mall” ticarət mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış əyləncəli proqramda uşaqlar şən anlar yaşayacaq, mahnılar ifa edəcək, rəqs nömrələri ilə çıxış edəcəklər.
Lənkəranda “Peşə sərgisi” keçiriləcək.

30 aprel saat 11:00-da Heydər Əliyev Xatirə Parkında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərinin #PeşəSərgisi keçiriləcək.
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Astara rayonunda vətəndaş qəbulu keçirəcək.

► 29 aprel saat 11:00
►Astara şəhəri Ceyhun Babayev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
ƏtraflıLənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad rayonunda vətəndaş qəbulu keçirəcək.

►22 aprel saat 11:00
►Cəlilabad şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Valideynlərin nəzərinə!

Keçirilən monitorinqlərin, sınaq imtahanlarının və bilik yarışlarının nəticələri şagirdlərin Ümumi Təhsil İnformasiya Sistemində (ÜTİS) qeyd olunmuş müvafiq telefon nömrələrinə göndərilir. Gələcəkdə övladınızın nəticələri ilə bağlı məlumatların mesaj vasitəsilə sizə göndərilməsində hər hansı bir problem yaşanmaması üçün ÜTİS məlumat bazasında qeyd olunmuş əlaqə nömrəsinin doğruluğunu yoxlamağınız tövsiyə olunur.
ƏtraflıIX siniflər üçün keçirilən növbəti sınaq imtahanının nəticələri göndərildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq hər ay buraxılış sinifləri üçün imtahanlar təşkil edilir. Bu imtahanlar IV, VI və IX sinifləri əhatə edir.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müsabiqəsinə başlanılır.

Müsabiqədə hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il işləmiş şəxslər iştirak edə bilər.
ƏtraflıMüəllimlərin nəzərinə

Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Qrant layihə yazılışı" adlı onlayn təlim keçiriləcək.
ƏtraflıIX-XI sinif şagirdlərinin nəzərinə!

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fənn Olimpiadası (ZFO) keçiriləcək.
ƏtraflıYardımçı pedaqoji heyət vəzifələrinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində vakant olan laborant, kompüter laborantı, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələri üzrə test imtahanları keçiriləcək.
İşə qəbul üzrə müsabiqəyə start verilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Ətraflı