Keçirilən monitorinqlərin, sınaq imtahanlarının və bilik yarışlarının nəticələri şagirdlərin Ümumi Təhsil İnformasiya Sistemində (ÜTİS) qeyd olunmuş müvafiq telefon nömrələrinə göndərilir. Gələcəkdə övladınızın nəticələri ilə bağlı məlumatların mesaj vasitəsilə sizə göndərilməsində hər hansı bir problem yaşanmaması üçün ÜTİS məlumat bazasında qeyd olunmuş əlaqə nömrəsinin doğruluğunu yoxlamağınız tövsiyə olunur.