29.04.2025

Lənkəranda “Peşə sərgisi” keçiriləcək.

30 aprel saat 11:00-da Heydər Əliyev Xatirə Parkında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərinin #PeşəSərgisi keçiriləcək.

Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər il ərzində hazırladıqları əl işlərini sərgidə nümayiş etdirəcəklər.

#LənkəranAstaraRTİ #LənkəranAstaraGİİ #EduAz #MÜTDA #PeşəTəmayüllüSiniflər