Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fənn Olimpiadası (ZFO) keçiriləcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin IX, X və XI sinif şagirdləri fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə biliklərini sınaya biləcəklər.
►Qeydiyyatdan keçmək istəyən şagirdlər təhsil aldıqları məktəblərin rəhbərlərinə 28 fevral 2025-ci il saat 17:00-a kimi müraciət etməlidirlər.
♦ ZFO 05 aprel 2025-ci il tarixində, saat 10:00-da Lənkəran Dövlət Universitetinin 2 saylı tədris binasında (Lənkəran şəhəri, Əli Məmmədov küçəsi 40) keçiriləcək. Olimpiada otaqlarına telefon və digər əlavə vasitələrlə daxil olmağa icazə verilmir.
Nəticələrinə görə şagirdlər müvafiq yerlərə layiq görüləcəklər:
• I yer (26-30 bal toplayan şagird)
• II yer (22-25 bal toplayan şagird)
• III yer (16-21 bal toplayan şagird)
Olimpiadanın nəticələri Lənkəran Dövlət Universitetinin rəsmi veb saytında (www.lsu.edu.az) elan ediləcək.
#LənkəranAstaraRTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #LDU #ZFO #olimpiada