29.08.2024

Lənkəran şəhər 9 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır!

Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Ətraflı
29.08.2024

Lənkəran şəhər 9 nömrəli tam orta məktəbə X sinif şagirdlərinin qəbulu başladı!

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və daha çox bal toplamış şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

Ətraflı
26.08.2024

Şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinə başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.

Ətraflı
22.08.2024

Direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində yerləşən və şagird sayı 151-500 aralığında olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Ətraflı
15.07.2024

Hazırda vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə növbəti müsahibə mərhələsi keçirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin yenidən müsahibə mərhələsinə başlanılır. Müsahibədə iştirak etmək istəyən namizədlər 15 iyul 2024-cü il tarixindən 20 iyul 2024-cü il tarixinədək (saat 18:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Ətraflı
10.06.2024

Təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiyalar yaradılıb.

Komissiyaların fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Ətraflı
01.05.2024

Birinci siniflərinə şagird qəbulu başladı.

Bu andan etibarən 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başladı.

Ətraflı
29.04.2024

Elm və təhsil naziri Masallıda vətəndaş qəbulu keçirəcək.

Elm və təhsil naziri Emin Əmrullayev 17 may tarixində Masallı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Ətraflı
22.04.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev rayonlarda vətəndaş qəbulu keçirəcək.

Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir.

Ətraflı
17.04.2024

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə yenidən müsahibə mərhələsinə başlanılır.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin yenidən müsahibə mərhələsinə başlanılır.

Ətraflı
01.04.2024

Gənclər Paytaxtında II Kitab Sərgisi keçiriləcək.

Ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalılarımızın iştirakı ilə baş tutacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.

Ətraflı
28.03.2024

Şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinə başlanılır.

Müsabiqə 5 mərhələdən (qeydiyyat, namizədin rəhbərlik etdiyi təhsil müəssisənin monitorinqi, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Ətraflı
19.03.2024

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinə tərbiyəçi-müəllimlərin işə qəbulu elan olunur.

Layihə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin artırılması və ona çıxış imkanlarının yaradılması, eyni zamanda icma-məktəb əlaqələrinin gücləndirilməsidir. Layihə çərçivəsində icmalarda 3-5 yaşlı uşaqlar üçün xüsusi resurslarla təmin olunmuş sinif otağı təşkil olunacaq. Uşaqlar həftə ərzində 4 dəfə 2-2.5 saat olmaqla məktəbəqədər təhsilə cəlb olunacaqlar.

Ətraflı
06.03.2024

"Təhsildə yeni çağırışlar” regional konfransı ilk olaraq martın 14-də Lənkəranda təşkil olunacaq.

Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulur.

Ətraflı