11.06.2025

Uğurlu gələcəyə yeni məktəbinlə!

Əziz şagirdlər, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və ya daha çox bal toplamısınızsa, 2025-2026-cı tədris ilində istəklərinizi reallaşdıra biləcək yenilənmiş məktəbdə keyfiyyətli təhsil almaq üçün aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz:

https://shorturl.at/2xUlx
 

Qeydiyyatın təsdiqlənməsi üçün 5 iş günü ərzində məktəbə müraciət edilməlidir.
 

Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi şagirdlərə hansı imkanları təqdim edir:

♦ İntensivləşdirilmiş proqram və təmayül (ixtisas qrupları üzrə zəruri fənlər) tədris planları;

♦ Yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət;

♦ Bilik və bacarıqların aylıq qiymətləndirilməsi və nəticələrin təhlili;

♦ Emosional və fiziki inkişafyönümlü məktəbdənkənar fəaliyyətlər və s.
 

Qeydiyyatdan keçməyə tələsin!
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #şagirdqəbulu


Açar sözlər: ,