Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində vakant olan laborant, kompüter laborantı, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələri üzrə test imtahanları keçiriləcək.
► İmtahanlar 22-23 fevral tarixlərində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunacaq. 22 fevral saat 11:00-da UBTR və psixoloq, saat 15:00-da təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri, 23 fevral saat 11:00-da laborant və kompüter laborantı, saat 15:00-da kitabxanaçı, kitabxana müdiri və katibə-makinaçı vəzifələri üzrə imtahan keçiriləcək.
⇒ Namizədlərə müvafiq imtahanın vaxtı və məkanı haqqında qeydiyyatdan keçdikləri nömrələrə mesaj göndərilməklə məlumat verilib.
♦ Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini gətirməli və imtahan başlamazdan 1 saat əvvəl imtahan binasında olmalıdırlar.
Qeyd edək ki, test imtahanı kompüter vasitəsilə keçiriləcək, namizədlərə iddia etdiyi vəzifə üzrə 20, informatika üzrə 15, məntiq üzrə 15 sual təqdim olunacaq. İmtahan bitdikdən sonra nəticələr ekranda görsənəcək. Yüksək nəticə göstərənlər birbaşa vəzifəyə təyin olunacaqlar.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #müsabiqə #işəqəbul #testimtahanı #yardımçıpedaqojiheyət