08.04.2025

IX siniflər üçün keçirilən növbəti sınaq imtahanının nəticələri göndərildi.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq hər ay buraxılış sinifləri üçün imtahanlar təşkil edilir. Bu imtahanlar IV, VI və IX sinifləri əhatə edir.
 

► 15-16 mart tarixində IX siniflər üçün növbəti sınaq imtahanı təşkil olunub və region üzrə ümumilikdə 7940 nəfər şagird iştirak edib. Sınaq imtahanının nəticələri təhlil edilərək hər bir şagirdin valideyninə SMS vasitəsilə göndərilib.

Bu fəaliyyətin əsas məqsədi şagirdlərin imtahanlara hazırlığını dəstəkləmək, valideynləri övladlarının nəticələri barədə məlumatlandırmaq və məktəb-valideyn əlaqəsinin gücləndirilməsinə xidmət edir.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #sınaqimtahanı


Açar sözlər: