05.12.2025

“Xarıbülbül” bilik yarışmasında final həyəcanı!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında “Xarıbülbül” bilik yarışmasının final turu keçiriləcək.
 

Final turu (Region mərhələsi) 6 dekabr 2025-ci il, saat 10:00-da aşağıdakı mərkəzlərdə keçiriləcək:

Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi

Cəlilabad şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
 

Qeyd edək ki, “Xarıbülbül” bilik yarışmasının final turunda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, coğrafiya, tarix və biologiya fənləri üzrə 175 şagird biliyini sınayacaq.
 

Şagirdlərimizə uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Xarıbülbül #BilikYarışması