03.11.2025

“Xarıbülbül” bilik yarışmasına start verilir!

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII–XI sinif şagirdləri arasında “Xarıbülbül” bilik yarışmasına start verilir.

“Xarıbülbül” bilik yarışması Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, coğrafiya, tarix və biologiya fənləri üzrə keçiriləcək.

Yarışma 2 mərhələdən – rayon və regional turlarından ibarət olacaq.

Rayon mərhələsi yerlərdə təşkil olunacaq və 7 noyabr 2025-ci il, saat 13:00-da keçiriləcək.

Yarışmada iştirak etmək istəyən şagirdlərin qeydiyyatı 6 noyabr 2025-ci il, saat 12:00-dək aparılacaq.

Qeydiyyat linki:https://forms.gle/4PbowiF5HCEPowoVA 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Xarıbülbül #BilikYarışması