27.11.2025

Eksternat qaydada keçiriləcək imtahanda iştirak etmək istəyənlərin nəzərinə!

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 27 noyabr 2025-ci il tarixindən 15 dekabr 2025-ci il tarixinədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.

 

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış və ya hazırda Lənkəran-Astara bölgəsində qeydiyyatda olan ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

 

İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarına təqdim etməlidirlər:

1) Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (eksternat qaydada keçirilən aralıq imtahanında iştirak etmək üçün);

2) Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3) Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);

4) Yaşayış yerindən arayış;

5) Əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilmiş arayışın surəti;

6) Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;

7) Hərbi biletin surəti (əgər varsa).

 

Müraciət edən şəxslərin yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmamalıdır. 16 və ya 18 yaşı 30.06.2026-ci ildə tamam olanlar da müraciət edə bilərlər.

 

İmtahan 12 fənn üzrə (Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, informatika, ingilis dili, rus dili, fizika, kimya, biologiya, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix) və cəmi 120 sualdan ibarət olmaqla keçiriləcək. Maksimum bal (hər suala 1 bal) 120 baldır.

 

Lənkəran şəhərində imtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat veriləcək. İmtahanın müddəti 3 saat olacaq və nəticələr ən gec 1 (bir) ay müddətində rayon üzrə təhsil sektorlarına və eksternlərin qeydiyyatdan keçdikləri telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək.

 

Aralıq imtahanından keçid balını toplamış eksternlər uyğun olaraq IX və XI siniflərin buraxılış imtahanlarında iştirakından sonra IX və XI sinif şagirdlərinin attestat aldığı vaxtda (təqribən iyun və iyul aylarında) attestatlarını təhsil aldıqları müəssisələrdən ala bilərlər.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Eksternat #İmtahan