Lənkəran-Astara Regional Təhsil İdarəsi mühasib vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul elan edir.
Namizədlər üçün əsas tələblər:
♦ Ali iqtisadi təhsilə malik olmaq;
♦ Mühasibat uçotunun təşkili və hesabatların tərtibi ilə bağlı yuxarı orqanların əsasnamə, sərəncam, əmr və metodiki-normativ materiallarını bilmək;
♦ Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun metod və formalarını bilmək;
♦ Uçot və hesabatın aparılması qaydalarını bilmək;
♦ Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili prinsiplərini mənimsəmiş olmaq;
♦ Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaitlərinin hərəkətinin uçot sistemində əks olunması qaydalarını bilmək;
♦ Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilmək;
♦ Hesablama texnikasının istismar qaydalarını bilmək;
♦ İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkili əsaslarını bilmək;
♦ Daxili əmək intizamı qaydalarına və əmək qanunvericiliyinin əsaslarına riayət etmək.
Tələb olunan sənədlər:
• Ali iqtisadi təhsil diplomunun surəti
• Şəxsiyyəti təsdiq edən sənədin surəti
İş yeri:
► Lənkəran şəhəri
Müraciət qaydası:
Müraciət etmək istəyən şəxslərdən yuxarıda qeyd olunan sənədləri 16 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsinə təqdim etmələri xahiş olunur.
İşə qəbul prosesi 2 mərhələdən ibarət olacaq:
1) Əyani (praktiki tapşırıqların yoxlanılması) mərhələ
2) Müsahibə mərhələsi
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Mühasibat #İşVar #Vakansiya