06.08.2025

Astara və Cəlilabadda yeni liseylər fəaliyyətə başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan aşağıdakı ümumi təhsil müəssisələrinin statusu dəyişdirilərək liseyə çevrilib:

♦ Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü lisey

♦ Ceyhun Babayev adına Astara şəhəri liseyi

 

Bu yenilik ümumi təhsilin məzmun və keyfiyyət baxımından daha da zənginləşdirilməsi, istedadlı şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

 

Yeni tədris ili ərəfəsində lisey statusu almış hər iki təhsil müəssisəsinin kollektivinə uğurlar arzulayır, bütün şagird və müəllim heyətinə səmərəli fəaliyyət və yüksək nəticələr diləyirik!

Qeyd edək ki, liseylərə qəbul 16-17 avqust tarixlərində VII-IX siniflər üzrə aparılacaq.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #lisey