Münaqişə 28 ildə həll edilmədi
Ermənistan bu illər ərzində də atəşkəsə əməl etmir, irimiqyaslı təxribatlar törətmək istəyir, işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərini müntəzəm atəşə tuturdu. Azərbaycanın ordu hissələri düşmənin atəş mənbələrini susdururdu. 2015-ci ilin avqustunda, 2016-cı ilin aprelində döyüşlər oldu. Azərbaycan Ordusu mühüm qələbələr qazandı, Azərbaycan Respublikasının Prezidenti bu qələbələri yüksək dəyərləndirdi.
ƏtraflıAzərbaycan xalqların birgəyaşayış modelinin nümunəsi kimi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsi olduğunu bir daha göstərdi. Prezident qeyd etdi ki, Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələrinin birgəyaşayışı ilə bağlı təsəvvürlər mövcuddur. Azərbaycanda heç vaxt dini, milli və etnik zəmində qarşıdurmanın olmaması digər xalqların nümayəndələrinin dinc və azad şəkildə yaşamaları üçün şərait yaratmışdır.
ƏtraflıŞəhər Təhsil Şöbəsində görüş keçirilib
Martın 5-də Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları pandemiya qaydalarına uyğun olaraq Respublika fənn olimpiadaların zona turu öncəsi olimpiadaların proqramına salınmış fənlər üzrə rayonun aparıcı müəllimləri ilə görüş keçirib.
ƏtraflıII, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib
Martın 5-də Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq Təhsil İnstitutu Təhsil Texnologiyalar Mərkəzinin regional kuratoru Emil Axundovun rəhbərliyi ilə milli qiymətləndirmə əyani formada təşkil olunub.
ƏtraflıQarabağın dirçəlişi Azərbaycanın gələcək inkişafı üçün zəmindir
44 günlük Vətən Müharibəsi nəticəsində başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla müzəffər Ordumuzun qazandığı böyük Zəfər dövlətimiz üçün yalnız hərbi sahədə deyil, eləcədə bundan sonrakı inkişaf prossesində sosial iqtisadi və siyasi sahədə əldə etdiyi nəaliyyətdir. Qarabağ Zəfəri Qarabağa “Böyük qayıdış”dır, bu Zəfər təkcə Azərbaycanını deyil, ümumilikdə bütün regionun ekoloji, iqtisadi, sosial inkişafı üçün zəmindir, bu Zəfər dövlətimiz tərəfindən beynəlxalq hüquq normalarının bərpasıdır, milli-mənəvi dəyərlərimizə qayıdışdır.
ƏtraflıZona seminarı keçirilib
Martın 4-də Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları rayonun Nərimanabad, Balıqçılar, Üzümçülük qəsəbə və Nərimanabad kənd tam orta məktəblərinin rəhbər heyyəti və buraxılış siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin iştirakı ilə mövcud pandemiya qaydalarına uyğun şəkildə zona seminarı keçirib.
Ətraflı“Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib
Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib.
ƏtraflıAzərbaycan–Türkiyə qardaşlığı sarsılmaz və əbədidir
2020-ci ilin payızı Azərbaycan ordusunun zəfərlərinə görə ruhumuzun fəsli, təbiətin bundan sonrakı min illəri üçün beşinci fəsli oldu. Azərbaycan xalqı Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin “dəmir yumruğu” ətrafında vəhdət şəklində birləşdi və illərlə gözləniləni həyata keçirdi.
Ətraflı“Erkən nikahlar və onların fəsadları” mövzusunda videokonfrans keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikahlar və onların fəsadları” mövzusunda videokonfrans keçirilib.
ƏtraflıMonitorinqlər davam edir
Martın 2-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin metodkabinet müdiri Zaur Ağazadə Təhsil şurasının iş planına əsasən M.Əbilov adına Şağlaküçə kənd tam və Velədi kənd ümumi orta məktəblərində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.
ƏtraflıTarix yazmış Azərbaycan xalqı
Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli hadisələrdən biri kimi daxil olub və onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnmişdir.
ƏtraflıOlimpiada iştirakçıları ilə onlayn görüş
Martın 1-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin qalibləri və onların fənn müəllimləri ilə onlayn görüş keçirib.
Ətraflı“Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı onlayn tədbir keçirilib
Martın 1-də “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar olaraq Lənkəran şəhər Gənclər və İdman idarəsi, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında onlayn tədbir keçirilib.
ƏtraflıMonitorinqlər davam edir
Martın 1-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva və şöbənin aparacı məsləhərtçisi Cəmil Axundzadə Təhsil şurasının iş planına əsasən Qumbaşı kənd tam orta məktəbində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinq keçirib.
ƏtraflıTəhsil Şürasının növbəti onlayn iclası
Fevralın 27-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti onlayn iclası keçirilib. İclasda Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.
Ətraflı