28.10.2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev layihələrin idarə olunması, həyata keçirilməsi zamanı diqqət edilməli olan məsələlərlə bağlı tövsiyələrini verib. İdarə müdiri bildirib ki, qrant müsabiqəsi gənc nəslin intellektual, mənəvi və fiziki inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə həyata keçirilir. Görüşün sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan Bəhruz Mehdiyev layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 23 layihə qalib olub.

 

#LənkəranAstaraRTİ #Eduaz #MÜTDA #Qrant #Müsabiqə


Açar sözlər: