Lənkəran rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar"a əsasən görüləcək işlərlə bağlı görüş təşkil edilib.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və İnzibati təşkilat sektorunun məsləhətçisi Elnur Manafov təhsil müəssisələrində baş verən xüsusi hallarda operativ məlumatların çatdırılması, təcili tədbirlərin görülməsi, eləcə də təhsil müəssisələrinin rəhbərlərinin məsuliyyət və vəzifələri haqqında geniş məlumat, tövsiyə və tapşırıqlar veriblər.
Görüş qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçılar mövzu ilə bağlı sual və təkliflərini səsləndiriblər.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #XüsusiHallar #LənkəranRayonuÜzrəTəhsilSektoru