16.10.2024

Sektor müdrinin icazəsi olmadan xidməti otaqda çəkilən video və irəli sürülən iddialarla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin açıqlaması

07 oktyabr 2024-cü il tarixində Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun xidməti otağına daxil olaraq onun icazəsi olmadan videoçəkiliş aparılıb. Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Zabidov Cəlil Famil oğludur.

 

C.Zabidovun adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddialarına cavab olaraq qeyd edək ki, dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan video.edu.az, trims.edu.aze-derslik.edu.az platformalarında yerləşdirilir. Məktəbin təmir vəziyyətinə gəldikdə isə, Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbində əsaslı təmir işləri son dəfə cari ilin iyul-avqust aylarında həyata keçirilib. Məktəbin təmirdən sonrakı vəziyyətini əks etdirən şəkilləri təqdim edirik.

 

Digər iddialarla bağlı araşdırma Agentlik tərəfindən nəzarətə götürülüb, məsələ ilə bağlı eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda bu istiqamətdə araşdırma aparılır.


Açar sözlər: ,