Tədqiqatda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 11 (Cəlilabad - 6, Lənkəran - 3, Astara - 1, Masallı - 1) ümumi təhsil müəssisəsinin 515 nəfər şagirdi iştirak edib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.
#LənkəranAstaraRTİ #MÜTDA #Eduaz #MəktəblərüçünPisa #tədqiqat