Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan rayonlar üzrə təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi üzrə kompleks tədbirlər (bufet və yeməkxananın monitorinqi, fiziki tərbiyə dərslərinin təşkilinə nəzarət və dərs cədvəllərinin təhlili) həyata keçirilib.
Görülən tədbirlər zamanı məktəbəqədər və ümumi təhsil müəssisələrinin mətbəx, bufet və yeməkxanalarında təklif edilən məhsulların tərkibi sağlamlıq standartlarına uyğun olması təhlil edilib və müvafiq tövsiyələr verilib. Dərs cədvəllərinə baxış keçirilib, sağlam həyat tərzi ilə bağlı mövzuların tədrisi müəllimlərin diqqətinə çatdırılıb.