Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Məktəblər üçün PİSA" tədqiqatına start verilib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.
Tədqiqatda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 11 ümumi təhsil müəssisəsinin iştirakı nəzərdə tutulur. İmtahan mərhələsi 4 noyabr tarixinə qədər davam edəcək.
#LənkəranAstaraRTİ #MÜTDA #Eduaz #MəktəblərüçünPisa #tədqiqat