Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Babaşov və Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun iştirakı ilə Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri və müəllim heyəti üçün maarifləndirici görüş keçirilib.
Tədbirdə erkən nikah və onun fəsadları, qan qohumları arasında evliliyə dair qanunvericilikdə edilən dəyişikliklər barədə məlumat verilib. Həmçinin kibercinayətkarlıq və təhsil müəssisələrində şagirdlər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi mövzusunda müzakirələr aparılıb. Görüş sağlam həyat tərzinin təşviqi və cinayətkarlığın, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə təşkil olunub.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #YardımlıRayonuÜzrəTəhsilSektoru #tədbir #görüş