Füzuli şəhərinin işğaldan azad olunması haqqında

Yenicə müstəqillik əldə edən Azərbaycan, qısa müddət ərzində mənfur qonşusu olan ermənilərdən ard-arda zərbələr aldı. Qərb torpaqlarında yerləşən şəhər və rayonlar bir-bir işğal olunurdu. Həmin işğal edilmiş ərazilərindən biri də Füzuli şəhəri və rayonun böyük hissəsi idi. 23 avqust 1993- cü ildə erməni silahlı qüvvələri qeyd edilən Füzuli şəhəri və rayonun böyük hissəsini işğal etdilər. Bundan sonra yalnız Heydər Əliyevin döyüş əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan silahlı qüvvələrinin hücumu nəticəsində bir sıra vacib ərazilər işğaldan azad edildi. Bu azad edilmiş ərazilərə 22 yaşayış məntəqəsi daxildir. Azad edilmiş ərazilərdə Füzuli əhalisinin 50%-i yaşayır. Qələbə ilə bitən bu əməliyyatlarda Azərbaycan tərəfi 657 şəhid, 400 əlil vermiş və 181 nəfərin taleyi hələ də məlum deyil.
ƏtraflıLŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Oktyabrın 12-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.
ƏtraflıQuruculuq işləri sürətlə davam edir

27 sentyabr 2020-ci il Azərbaycan tarixində bütün dövrlərin ən yadda qalan tarixlərindən biridir. Uzun illər sonra Azərbaycan ilk dəfə itirdiyi tarixi əraziləri geri qaytardı. Bu müasir Azərbaycan Respublikası tarixində mütərəqqi hadisə idi.
ƏtraflıTalış və Suqovuşan qələbəsi

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Suqovuşan ərazisinə olmuşdur. Sözsüz ki, vətənin hər qarışının bizim üçün misilsiz dəyəri vardır. Lakin, müharibənin əvvəlində 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi müharibənin növbəti mərhələsində bizə böyük üstünlüklər verdi.
ƏtraflıBirgəyaşayış regionun qaçılmaz gələcəyidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Digər mühüm məsələ isə Qarabağda yaşayan ermənilərin talehidir.
Ətraflı“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib

Oktyabrın 6-da Lənkəran Şəhər Təhsil Şöbəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsinin və T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.
ƏtraflıTəhsil Şöbəsində görüş keçirilib

Oktyabrın 5-də Lənkəran Şəhər Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib.
ƏtraflıBeynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Oktyabrın 5-də T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə xanım Arifqızı və Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini Nəsir Əkbərov, şəhid müəllim ailələrinin üzvləri, Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər, ümumtəhsil məktəblərin direktorları, rayonun qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri iştirak ediblər.
ƏtraflıLŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Oktyabrın 05-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.
ƏtraflıPostmüharibə dövründə yaranmış yeni münasibətlər

30 illik işğala 44 gündə son qoyan Azərbaycanın bu uğurunu təbii ki, qəbul etmək bəzi ölkələr üçün elə də asan deyil. Bu ölkələrin başında da Ermənistan durur.
ƏtraflıVaxtında verilən qərarın uğurlu nəticəsi

27-sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti daha genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonalarda yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və minaatanlardan atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks- hücum əməliyyatı başlaması barədə qərar verildi.Qarşıdurmalar qısa müddətdə şiddətləndi və İkinci Qarabağ müharibəsinə çevrildi.
ƏtraflıLŞTŞ müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Sentyabrın 28-də Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ) müdiri Ülviyyə xanım Əliyeva videoqəbul formatında vətəndaşları qəbul edib.
ƏtraflıAzərbaycan ordusu müharibə zamanı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra xarici televiziya kanallarına, qəzetlərinə müsahibələr vermişdir ki, bu müsahibələrlə lazım olan siyasi mesajlar verilmişdir. Biz istər siyasi müharibə, istər şiddətli döyüşlərin getdiyi zaman bunun şahidi olmuşuq.
Ətraflı“Anım Günü” ilə bağlı tədbir keçirilib

Sentyabrın 25-də C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbində 27 Sentyabr “Anım Günü” ilə bağlı tədbir keçirilib.
Ətraflı"Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib

Sentyabrın 24-də Lənkəran Şəhər Təhsil Şöbəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Ətraflı