20.10.2021

Azərbaycan və Ermənistan münaqişəsi öz həllini tapıb

Azərbaycan öz tarixi torpaqlarını işğal nəticəsində itirdikdən sonra hər zaman öz siyasi iradəsini ortaya qoyub torpaqlarını mütləq azad edəcəyini bildirirdi. Beynəlxalq hüquqa görə Azərbaycan əraziləri BMT qətnamələri ilə qeyd-şərtsiz boşaldılmalı idi. Lakin, bu qətnamələr yerinə yetirilmirdi və dondurulmuş formada münaqişə davam edirdi. Azərbaycan tərəfi isə hər zaman öz mövqeyini qətiyyətlə bildirirdi ki, lazım gələrsə müharibə yolu ilə öz torpaqlarını azad edəcək.

O müqəddəs an gəlib yetişdi və qəhrəman Azərbaycan əsgəri torpaqlarımızı düşmən tapdağından azad etdi. BMT-nin qəbul etdiyi qətnamələr Azərbaycan tərəfindən həyata keçirildi. Bununla da Dağlıq Qarabağ münaqişəsi geridə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib bu münaqişəyə nöqtə qoydu. Siyasi-müharibə hesabına Ermənistan Respublikası ilə münaqişəni həll olunmuşdur.

Münaqişəyə son qoyan bəyənat isə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmışdır. Bununla da Azərbaycan və Ermənistan arasında olan münaqişə sona çatmışdır. Bəyanatın imzalanması ilə hər iki tərəfdən minlərlə insan itkisinin qarşısı alınmışdır. Üçtərəfli bəyanata əsasən Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcər rayonlarını təhvil verdi və öz qoşun hissələrini bu ərazilərdən çıxardı.  Bundan başqa Azərbaycan bəyanatdan öncə 300 kənd və şəhəri işğaldan azad etmişdi.

Üçtərəfli bəyanata əsasən Münaqişənin bitməsi ilə Rusiya sülhməramlıları Qarabağ yerləşdirilirdi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Münaqişənin bitməsi ilə Azərbaycan Respublikası bölgədə sülhün təminatçısı oldu. Azərbaycan tərəfi sərhədlərin demilitasiyası və demarkasiyası məsələləri həll edilməsi və  sülh müqaviləsinin bəndlərinin müzakirəsi üçün danışıqlar aparmağa hər zaman hazır olduğunu bildirir.

Bu eyni zamanda Ermənist üçün çox gözəl şansdır. Əgər ümumiyyətlə məhv olmaq istəmirlərsə bu böyük şansı əldən verməyəcəklər. Ermənistanın müharibədə darmadağın edilməsi onlara dərs olmayıbsa və yenidən ərazi iddiaları qaldıracaqlarsa o zaman dəmir yumruq işə düşəcək. Ona görə də Ermənistan tərəfi bütün bunları nəzərə alaraq bölgədə sülhün tərəfdarı olmalı və sülh danışıqlarına başlamalıdır. Ermənilər hər zaman sivil insanların həyatı ilə oynamış və bunun üzərindən öz oyunlarını qurmağa çalışmışlar. Müharibədən sonrakı dövrə nəzər yetirdikdə görürük ki, Ermənistanın basdırdığı minalar sayəsində 150 nəfərdən çox azərbaycanlı həlak olmuşdur.

Qarşılıqlı razılaşma əsasında verilən mina xəritəsi də cəmi 25% həqiqəti əks etdirir. Bütün bunlar Ermənistanın hələ də bu münaqişənin davam etməsinə maraqlı olmasını göstərir. Ona görə də Ermənistan tərəfi bundan çəkinməli və tezliklə sülh imzalamalıdır.


Açar sözlər: