28.10.2021

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfras keçirilib

Oktyabrın 27-də T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfras keçirilib.

Konfransı giriş sözü ilə Lənkəran Şəhər Təhsl Şöbəsinin müdir müavinin  Nəsir Əkbərov açıb.

Şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Münasib Nuriyev “Nizami Gəncəvi yaradıcılıqğında humanizim ideyaları” mövzusunda məruzə edib.

Məruzə ətrafında Liman şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəqsanə Xasiyeva “Nizami Gəncəvi yaradıcılığında insan haqları”, Liman şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülvi Tağızadə “Nizami Gəncəvi irsinin tədrisinin şagirdlərin mənəvi tərbiyəsində rolu”, şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytən Abiyeva “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” mövzusunda çıxış ediblər.

Konfransın bədii hissəsində rayon məktəblilərinin ifasında N.Gəncəvinin qəzəlləri və onun şerlərinə bəstələnmiş mahnı və muğamlar ifa olunub.


Açar sözlər: ,  ,  ,