Lənkəran Şəhər Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsinin və H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin direktor müavini Səadət Hüseynova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.