Azərbaycan 44 gün davam edən ikinci Qarabağ müharibəsində inamlı qələbə qazandıqdan sonra bu torpaqlara yenidən həyat qayıtmış oldu. Torpağını yağıdan azad edən Azərbaycan növbəti mərhələdə bu torpaqları cənnətə çevirməyi qarşıya məqsəd qoydu. Bu məqsədlə Qarabağda gedən quruculuq işləri sürətlə davam etdirilir.
İşğaldan azad edilmiş rayonlarımızdan biri də Füzuli rayonudur. Azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə dəfə buraya səfər etmişdir. Səfərlər zamanı burada gedən işlərin gedişi ilə tanış olan prezident rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Bu səfərlərdən biri də 17 oktyabr tarixində baş tutmuşdur. 17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Belə ki, bu tarixdə qəhrəman əsgərlərimiz düşmənin minalarla sarımış olduğu Füzuli rayonunu işğaldan azad etmişdir. Füzulinin azad edilməsi ən əsas məsələ idi. Çünki, bu zolağı keçmək çox çətin idi. Olduqca güclü istehkamlar quran düşmən, burada 30 il ərzində böyük müdafiə işləri görmüşdü. Lakin, cəsur Azərbaycan əsgəri bütün bunları yararaq Füzuliyə azadlığı nəsib etdi. Bundan sonra irəliyə yol açıldı və 3 gün sonra Zəngilan, daha beş gün sonra isə Qubadlı azad edildi. Artıq düşmənin müqaviməti qırılırdı. Daha sonra Laçın dəhlizinin azad edilməsi ilə müharibənin taleyi bəlli oldu.
Füzuli rayonu azad edildikdən sonra sürətlə quruculuq işlərinə başlanıldı. Artıq bir ildir ki, Füzuli azadlığa qovuşub. Bu bir il ərzində Füzulidə yaşayış məntəqələri sürətlə tikilir və rayon bərpa edilir. Füzuli məhv edilmiş təmas xəttində yerləşdiyi üçün bu ərazidə yüz minlərlə mina basdırılmışdır. Bu ərazi ən çox mina ilə çirklənmiş ərazimizdir. Ona görə burada işlər planlı şəkildə dəqiqliklə yerinə yetirməlidir. İlk quruculuq işləri məhz Füzulidən başlamışdır. Şəhərin baş planı, kəndlərin quruculuq konsepsiyası hazırlanmışdır. İlk infrastruktur layihələrinin icrasına buradan start verilmişdir.
Füzuli rayonunda ilk işlər Horadiz qəsəbəsində başlanılmışdı. Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. Horadiz Füzulinin qeyri-rəsmi mərkəzi elan edilmişdir. Quruculuq, infrastruktur layihələrinin icrası prosesində Füzuli rayonunda 24 məktəb, 2 xəstəxana, olimpiya idman kompleksi, Gənclər mərkəzi, Tarix diyarşünaslıq muzeyi, muğam mərkəzi və bunlarla yanaşı fərdi evlər tikilmişdir.
İşğaldan azad edildikdən aonra Füzuli rayonunda beynəlxalq hava limanı inşa edilmişdir. Dünya praktikasında bəlkə də belə qısa zaman kəsiyində hava limanı tikintisi olmamışdır. Füzulidən Şuşaya elektrik xətləri çəkilmiş, Füzulidə yarımstansiya açılmış və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Füzuli rayonunda yollar qıza zaman kəsiyində çəkilmişdir. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısı rolunu oynayır.
Füzuli rayonunda ağıllı kənd layihəsi sürətlə davam etdirilir. Bütün görülən işlərin hər biri məcburi köçkünlərin tezliklə öz doğma el obalarına qayıtmasına hesablanmışdır. Bu layihənin icrasının gəln ilin sonuna qədər sonlanması planlaşdırılır. İlkin mərhələdə 450 evin tikintisi, sonrakı mərhələdə isə daha 300 evin tikintisi nəzərdə tutulur ki, bunlar Füzuli rayonunda yaradılan ilk yaşayış mərkəzi olacaq.
Erməni vandallarını buradan qovduqdan sonra Füzuli şəhərinə həyatın qayıdışı hiss edilir. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.
Ləğv edilmiş təmas xəttində yerləşən Füzuli ən çox dağıntılara məruz qalmış ərazi idi. Bu əraziyə gedilən zaman erməni vəhşiliyinin əsl siması görünürdü. Bir dənə belə olsun salamat tikili yox idi. Artıq burada inkişaf hiss edilir.
Yaxın zamanlarda Qarabağ regionu gözəl bir cənnət məkana çevriləcək və burada yenidən yaşayış bərpa olunacaqdır.