07.10.2021

Birgəyaşayış regionun qaçılmaz gələcəyidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır davam edən işğala son qoydu. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırdı. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Digər mühüm məsələ isə Qarabağda yaşayan ermənilərin talehidir.

Tarix boyu Qarabağ ərazisində erməni əhalisi yaşamayıb. Bu, bilinən bir gerçəkdir. Bu o demək deyil ki, xristian əhali olmayıb. Əksinə, dünyanın ən qədim xristian kilsələri, ən qədim xristian xalqı albanlar Qarabağda yaşayıb, bu gün də yaşamaqdadır. Lakin bu o demək deyil ki, Qarabağ qədim erməni yurdudur. Ermənilər Cənubi Qafqaza 19-cu əsrdə Kürəkçay, Türkmənçay, Ədirnə, Gülüstan sülh müqavilələri ilə gətirilib. Bunu erməni tarixçiləri də yaxşı bilir. Bu məqsədlə Birinci Qarabağ müharibəsindən sonra bu ərazidə etnik təmizləmə siyasəti həyata keçirildi. Məqsəd yerli əhalini ərazidən tamamilə köçürmək, əvəzində dünyanın müxtəlif ölkələrindən erməniləri gətirərək, orada məskunlaşdırmaq idi.Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Lakin gün gələr dövran dönər məsəli gerçək oldu.Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.Rəsmi statistikaya görə,hazırda Qarbağda  24 min 824  erməni var, reallıqda isə sayları 12 mindən artıq deyillər.Beləliklə,erməniərin “status” xəyalları da suya düşdü.İndi onlar Azərbaycan Respublikasında yaşamaq məcburiyyətindədir.

Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq.Çünki ,Azərbaycan tolerant ölkədir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq da, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradıldı. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir.

Beləliklə ,Qarabağdakı ermənilər də birgəyaşayış normalarına uyğun olaraq,Azərbaycan da yaşamaq hüqüqlarını saxlayırlar. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür. 


Açar sözlər: