Oktyabrın 5-də Lənkəran Şəhər Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib.
Görüşdə Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva şöbənin əməkdaşlarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, Lənkəran Təhsilinin uğurlarından bəhs edərək təhsilə göstərilən diqqət və qayğıdan danışıb, cəmiyyətin inkişafında, Azərbaycanın gələcəyində bu müqəddəs peşə sahiblərinin şərəfli əməyindən bəhs edib.
Sonda H.Aslanov adına şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Təhsil Şöbəsinin rəhbərliyini və onun simasında bütün müəllimləri bu əlamətdar gün münasibətilə təbrik edərək ürək sözlərini deyiblər.