07.10.2021

“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib

Oktyabrın 6-da Lənkəran Şəhər Təhsil Şöbəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsinin və T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəhla Cabbarova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: