Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Suqovuşan ərazisinə olmuşdur. Sözsüz ki, vətənin hər qarışının bizim üçün misilsiz dəyəri vardır. Lakin, müharibənin əvvəlində 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi müharibənin növbəti mərhələsində bizə böyük üstünlüklər verdi. Çünki, bu ərazi döyüşlərin növbəti mərhələsini idarə etmək üçün böyük strateji əhəmiyyət daşıyırdı. Bununla yanaşı Suqovuşan kimi strateji əhəmiyyətli ərazinin müharibənin əvvəlində işğaldan azad edilməsi qəhrəman döyüşçülərimizdə böyük ruh yüksəkliyi yaratdı. Bundan əlavə olaraq ermənilər bu ərazidə bir neçə müdafiə xətti qurmuşdular ki, bu müdafiə xətləri olduqca möhkəm istehkamlardan qurulmuşdu. Belə bir şəraitdə bundan əlavə Talış və Suqovuşana gedən yüksək ərazilərdə də düşmən mövqeləri yerləşdirilmişdi. Bütün bunlara baxmayaraq qəhrəman əsgərlərimizin şücaəti ilə düşmən müqaviməti qırıldı. Bütün bunlar xalqımızın inamını, döyüş ruhunu daha da yüksəltdi. Bu isə öz növbəsində növbəti ərazilərin işğaldan azad edilməsinə rəvac verdi.
Şimal cəbhəsində düşmənin olduqca böyük hərbçi kontingenti vardı. Bunun əsas səbəbi düşmənin bu ərazilərə olduqca böyük önəm verməsi idi. Müharibənin əvvəlindən sonuna qədər düşmən tərəf böyük ordu kontingentini həmin ərazidə saxladı və başqa əməliyyatlarda onlardan istifadə edə bilmədi. Düşmənin qüvvələrini həmin ərazidə saxlaması isə igid Azərbaycan oğullarının ərazidə olan strateji məntəqələri ələ keçirərək əraziyə nəzarəti ələ alması səbəbindən idi. Buna görə də düşmənin həmin ərazidə hərəkəti məhdudlaşdı və heç bir manevr imkanı verilmədi.
Suqovuşan qəsəbəsinin vacibliyi təkcə strateji yüksəkliklərdə deyildi. Buranın başqa vacibliyi ulu öndər Heydər Əliyev tərəfindən 1976- cı ildə tikilmiş Sərsəng su anbarının burada yerləşməsi idi. Su anbarının inşasında əsas məqsəd bəzi ətraf rayonlara Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonları su ilə təminatını təşkil etmək idi.
Qeyd edildiyi kimi Suqovuşan qələbəsi erməniləri sarsıtdı. Qorxu içində olan erməni qoşun hissələri içində bundan sonra fərarilik halları daha da artdı. Ermənilər boş əməliyyatlar təşkil edib hərbçilərini qurban verirdi. Bu səbəblərdən düşmənin təxminən 10 min civarında fərarisi vardı. Bütün bunlar Azərbaycanın qələbəsini yaxınlaşdırır və döyüş əzmini artırırdı.
Ermənilərin əvvəldən fəxrlə car çəkdiyi müdafiə sistemi iflasa uğramışdı. Müqavimət göstərə bilməyən düşmən artıq bütün miflərin iflasa uğradığını anlamışdı. Azərbaycanın seçdiyi takatika isə minimum dərəcədə az itki ilə maksimum dərəcədə çox ərazi idi. Azərbaycanın seçdiyi taktika isə bu gün də araşdırılır. Bütün bunlar isə illərlə görülən hərbi hazırlıq və peşəkar idarəçiliyin nəticəsi olmuşdur.
Tarixi Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Respublikası isə hər daim bölgədə vəziyyəti gərginləşdirmiş və ekoloji terror törətmişdir.
İşğalda olan rayonlarla sərhəd rayonlarımıza suyu vermir və süni maneə törədirdilər. Bütün bunlar isə Sərsəng su anbarının da daxilində olduğu Talış və Suqovuşan ərazisinin işğaldan azad edilməsi nəticəsində sonlanmışdır.
İşğaldan azad olunmuş ərazilərdə təmir, bərpa və yenidənqurma işləri sürətlə planlı şəkildə aparılır. Bütün bu uğurlar üçün şəhid, qazi və müharibə iştirakçılarına borcluyuq. Eyni zamanda prezident ətrafında yumruq kimi birləşən xalqın döyüş ruhu danılmazdır. Allahdan şəhidlərimizə rəhmət eləsin.