27 sentyabr 2020-ci il Azərbaycan tarixində bütün dövrlərin ən yadda qalan tarixlərindən biridir. Uzun illər sonra Azərbaycan ilk dəfə itirdiyi tarixi əraziləri geri qaytardı. Bu müasir Azərbaycan Respublikası tarixində mütərəqqi hadisə idi.
Uzun illər ərazi bütövlüyünun təminatı üçün hərbi quruculuq işləri görən Azərbaycan 44 günlük Vətən müharibəsində istəklərinə nail ola bildi. Müharibə zamanı minimum itkilərlə maksimum irəliləmə strategiyası seçildi. Cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatı başlasa da ən uzun qət edilən yol cənub cəbhəsindən oldu. Cənub cəbhəsində azad edilən rayonlarımızdan biri də Cəbrayıl rayonu idi. 4 oktyabr 2020-ci ildə tarixində Cəbrayıl şəhəri işğaldan azad edildi. Bu qələbənin ən böyük əhəmiyyəti ruh yüksəkliyi yaratması idi. Çünki, müharibə bir həftə idi başlamışdı və qoşunlarımız artıq şəhər mərkəzi, rayon azad etmişdilər. Bu orduda böyük motivasiya yaratdı. Cəbrayıl şəhərinin irəliləmək üçün olduqca böyük əhəmiyyəti var idi. Çünki, düşmənin 30 il ərzində qurmuş olduğu istehkamlar məhz Cəbrayıl istiqamətində yarıldı. Vətənin igid oğulları düzgün strategiya sayəsində buna nail oldular və Cəbrayıl azad olundu. Cəbrayıl azad olunandan sonra artıq cənub cəbhəsi ordumuzun üzünə açılmışdı. Ekspertlərin sözlərinə görə ermənilər ordumuzu bundan sonra planlı irəli çəkib mühasirəyə almaq istəyirdi. Lakin, düzgün seçilmiş strategiya ilə komandanlıq buna imkan vermədi. ermənilər darmadağın edildi və tabirun döyüş bayrağı ələ keçirildi. Bu isə ermənilər üçün əsl faciə idi.
Bəli, uzun döyüşlərdən sonra müharibə 44 gün davam etdi və sonra ermənilər diz çökdürüldü. Bundan sonra qarşıya qoyulan məqsəd isə işğaldan azad edilmiş əraziləri cənnətə çevirmək idi. Cəbrayıl şəhəri tamamilə yerlə-yeksan edilmişdi. Şəhərdə daş üstə daş qalmamışdı. Bütün bunlar erməni vandalizmini, vəhşiliyini, bar-bar olmasını göstərir. Bütün tikililər tək-tək sökülərək satılmışdı. Ərazi talan edilmişdi. Bu gün Azərbaycan tərəfi öz tarixi torpaqlarında yenidən quruculuq işləri aparır. Tamamilə məhv edilən şəhər yenidən qurulur. Bu isə bütün dünyaya Azərbaycanın güc və potensialını göstərir. Bəli, Azərbaycan tərəfi buna qadirdir. Dünyanı cənginə alan pandemiya və iqtisadi böhran olan vaxtda bu cür əhəmiyyətli işlər görülür. Sözsüz ki, təkcə Cəbrayıl deyil, digər işğaldan azad edilmiş ərazilərin də baş planları hazırlanmışdır və onların da restavasiyası həyata keçiriləcəkdir.
"Araz vadisi azad iqtisadi zonası"nın yaradılması bölgənin iqtisadiyyatına olduqca müsbət təsir göstərəcək. Bu layihə 200 hektarlıq ərazini əhatə edir və bunun üçün artıq ilkin maliyyə vəsaiti də ayrılmışdır. Artıq bir neçə ölkənin şirkətləri buraya investisiya qoyuluşunu həyata keçirmişdir.
Ən vacib məsələlərdən biri də elektrik enerjisinin verilməsidir. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var.
Daha bir vacib məqam isə Cəbrayıla 4-6 zolaqlı yolun çəkilişidir. Bu yolla Cəbrayıla oradan da düz Zəngəzura rahat şəkildə gedib gəlmək mümkün olacaq. Cəbrayılda artıq ilk yaşayış binasının əsası qoyulmuşdur. Bu işlərdən sonra əhalinin ilk mərhələsi buraya köçürüləcəkdir. Bundan başqa məktəb, bağça, xəstəxana, iş yerləri və digər vacib olan obyektlərin də tikintisi həyata keçiriləcəkdir. Zaman-zaman bütün kəndlər bərpa ediləcəkdir.
Bütün bunlar Azərbaycanın necə güclü, iradəli bir dövlət olmasını və işğaldan azad edilmiş ərazilərə yenidən həyat verməsini göstərir. Var olsun Azərbaycan!