31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Ətraflı365 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadasının yarımfinal turuna vəsiqə qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 365 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb.
ƏtraflıMəktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.

Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək. Test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.
ƏtraflıAzərbaycan elmi ictimaiyyətinin qürur günü -“Elm Günü”

Bu gün dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da “Elm günü” böyük qürur hissi ilə keçirilir.
Ətraflı
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Ətraflı“Şagirdlərin Yaradıcılıq Baharı” əl işləri müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov “Şagirdlərin Yaradıcılıq Baharı” müsabiqəsinin qalibləri ilə görüşüblər. Görüşdə qalib olan şagirdlərin maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə söhbət aparılıb. İdarə rəsmiləri müsabiqədə uğur qazanmaları münasibətilə qalibləri təbrik edib və gələcəkdə onlara daha böyük nailiyyətlər arzulayıblar.
Ətraflı"Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.

Seçim turunda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 180 nəfər şagirdi iştirak edib.
Ətraflı"Şagirdlərin yaradıcılıq baharı" müsabiqəsinin qalibləri bəlli oldu.

Müsabiqədə Novruz bayramının tarixini, atributlarını, motivlərini və əhəmiyyətini özündə əks etdirən əl işləri (rəsm, toxuma, maket və s.) yarışdılar.
ƏtraflıCəlilabadda 400-dən çox məktəbli, 200-dən çox tələbənin iştirak etdiyi maarifləndirici tədbir baş tutdu.

Regiona baş tutan səfərin növbəti günündə Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib.
ƏtraflıTəlimlərə qoşulmaq istəyən gənc müəllimlərlə görüş keçirilib.

Bu ilin fevral ayında idarəmiz tərəfindən elan olunan təlimlərə qoşulmaq üçün müraciət etmiş gənc müəllimlərlə görüş Masallı Heydər Əliyev Mərkəzində baş tutub.
Ətraflı“Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.

Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.
ƏtraflıLerikdə yaşayan valideynlərlə görüş keçirilib.

Agentliyin direktor müavini Mehriban Vəliyeva və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev övladları kənd məktəblərində təhsil alan valideynlərlə görüşüblər.
Ətraflı
Novruz mübarək qədəmləri ilə qapılarımızın astanasındadır. Bu gün isə İlaxır çərşənbələrdən 3-cüsü - Yel, hava çərşənbəsidir.
Ətraflı"Şagirdlərin yaradıcılıq baharı" əl işləri müsabiqəsinin iştirakçıları ilə tanış olun.

Qaydalara uyğun gəlməyən əl işləri müsabiqədə iştirak haqqı qazana bilmədilər. Fotosu ən çox bəyənilən 3 əl işinin müəllifləri isə qalib olacaq və hədiyyə qazanacaqlar.
ƏtraflıBu gün 11 ayın sultanı, müqəddəs Ramazan ayı başlayır.

Ramazan ayı qəlbimizdə sevgi, həyatımızda xeyir, süfrəmizdə bərəkət, bol dua, xoş niyyət, daha çox şükür və gözəl işlərə səbəb olsun!
Ətraflı