05.04.2024

Lənkəranda II Kitab Sərgisi keçirilir.

Sərginin açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı çıxış ediblər.

 

Çıxışlardan sonra Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Qeyd edək ki, sərgi çərçivəsində məşhur yazıçılar oxucularla görüşəcək və öz kitablarını imzalayacaqlar. Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması” mövzularında seminarları təşkil olunacaq.

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan kitab sərgisi Heydər Əliyev Mərkəzində 7 aprel tarixinə kimi davam edəcək.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ANAİB #Gənclərİdman #AzeLARGİİ #MədəniyyətNazirliyi #LənkəranAstaraRMİ #KitabSərgisi #kitablagəlirik