Martın 27-si Azərbaycanda “Elm Günü” kimi qeyd edilir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir.
Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.