Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov “Şagirdlərin Yaradıcılıq Baharı” müsabiqəsinin qalibləri ilə görüşüblər. Görüşdə qalib olan şagirdlərin maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə söhbət aparılıb. İdarə rəsmiləri müsabiqədə uğur qazanmaları münasibətilə qalibləri təbrik edib və gələcəkdə onlara daha böyük nailiyyətlər arzulayıblar.
Sonra əl işləri müsabiqəmizin qalibləri - Yardımlı şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Turan Nəzərli, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbin şagirdi Rüqəyya Hüseynova, Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbin şagirdi Ləman Qənbərova - hədiyyə və fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, müsabiqədə Novruz bayramının tarixini, atributlarını, motivlərini və əhəmiyyətini özündə əks etdirən əl işləri (rəsm, toxuma, maket və s.) yarışdılar. #LənkəranAstaraRTİ tabeliyində olan təhsil müəssisələri yarışa qoşuldular və yalnız bir əl işi ilə müsabiqədə təmsil olundular. Ən çox bəyənməni qaydalar çərçivəsində toplayan 3 əl işinin müəllifi qalib oldu.
"Şagirdlərin Yaradıcılıq Baharı" əl işləri müsabiqəsində iştirak edən və reaksiya bildirən hər kəsə təşəkkür edirik, növbəti müsabiqələrdə görüşmək ümidi ilə.