31.03.2024

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər davam edir.

Masallı, Cəlilabad, Lerik, Astara, Lənkəran və Yardımlıda keçirilən tədbirlər çərçivəsində xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 31 Mart faciəsi ilə əlaqədar xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, sənədli film nümayişləri və digər maarifləndirici fəaliyyətlər təşkil olunub.

 

Tədbirlər zamanı soyqırım qurbanlarının, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımın tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib.

 

#LənkəranAstaraRTİ #31mart


Açar sözlər: ,