Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun sədrliyi ilə keçirilən görüşdə Lənkəranda fəaliyyət göstərən məktəblərin direktorları iştirak edib.
Görüş zamanı beynəlxalq və respublika olimpiadalarına şagirdlərin cəlb olunması və yüksək nəticə göstərmələri üçün müvafiq işlərin aparılması, tədrisin keyfiyyətinin artırılması və düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili və qarşıda duran hədəflər müzakirə olunub, təkliflər dinlənilib, müəyyən tapşırıq və tövsiyələr verilib, suallara aydınlıq gətirilib.