06.04.2024

ADU məzunlarının profesionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi 1-ci regional konfransı keçirilib.

Azərbaycan Dillər Universitetinin məzunlarının profesionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi 1-ci regional konfransı keçirilib.

 

Regional konfransda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Lənkəran-Astara və Şirvan-Salyan Regional Təhsil İdarələrinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrinin ingilis və fransız dili müəllimləri iştirak ediblər.

 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, ADU-nun Tədris məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət Hacıyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış ediblər.

 

Həmçinin Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində bir ay müddətində istehsalat təcrübəsində olan Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri də təşəkkürnamə ilə təltif olunaraq təcrübələrini sonlandırıblar.

 

#LənkəranAstaraRTİ #ŞirvanSalyanRTİ #EduAz #MÜTDA #AzərbaycanDillərUniversiteti #RegionalKonfrans #BiləsuvarMübarizTəhsilKompleksi #BiləsuvarRayonİcraHakimiyyəti