29.03.2024

365 nəfər şagirdimiz Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadasının yarımfinal turuna vəsiqə qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon(şəhər) mərhələsinin nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 365 şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri üzrə, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.

 

Fənn müsabiqələrinin və riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsində iştirak edəcək şagirdlərimizə uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #MÜTDA #FənnMüsabiqəsi #LütfiZadə #RFM #LMO


Açar sözlər: ,