07.04.2024

Regionumuzda “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 90 məktəbin 1246 nəfər şagirdi komandalar şəklində rayon birinciliklərində yarışıblar.  Komandalar “Sıra hazırlığı”, ”Maneələrin dəf olunması”, “Mülki Müdafiə Hazırlığı”, ”Çadırın qurulması”, “Fiziki hazırlıq”, ”İntellektual müsabiqə”, ”Darağa patron doldurulması və boşaldılması”, ”Avtomatın sökülməsi və yığılması”, ”Tüfəngdən hədəfə atəş açmaq” mərhələsi üzrə mübarizə aparıblar.

 

Rayon mərhələsinin qalibi olmuş aşağıdakı məktəblərin komandaları Lənkəran şəhərində keçiriləcək zona birinciliyində öz rayonlarını təmsil etmək hüququ qazanıblar:

♦ Yardımlı şəhər V.H.Məmmədov adına 2 nömrəli tam orta məktəb

♦  Astara rayon Y.Ağayev adına Artupa kənd tam orta məktəb

♦  Masallı rayon Qəriblər kənd tam orta məktəb

♦  Cəlilabad rayon Sabirabad kənd 1 nömrəli tam orta məktəb

♦  Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziya

♦  Lənkəran rayon Hirkan qəsəbə tam orta məktəb

 

Fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

 

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.

 

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi mərhələsi 02 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən keçirilib.

 

Zona mərhələsində mübarizə aparacaq bütün şagirdlərimizə uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Gənclərİdman #birkimibirlikdə #MüdafiəNazirliyi #FHN #ŞahinHİO